Tramp ABŞ tarixindəki ən böyük səhvi açıqladı -  "Biz Yaxın Şərqdə 7 trilyon dollar itirdik..."

"The Hill TV" telekanalına müsahibə verən ABŞ prezidenti Donald Tramp bəzi maraqlı fikirlər səsləndirib. O, sözügedən müsahibəsində əsas diqqəti ABŞ tarixində buraxılan səhvlərə yönəldib.

"AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, ABŞ-ın hazırkı prezidentinin fikrincə, onun ölkəsinin tarixində ən böyük səhv Buşun idarəçiliyi dövründə ABŞ ordusunun Yaxın Şərqə yeridilməsi olub. O, deyib ki, ABŞ tarixində nə vətəndaş müharibəsi, nə 11 sentyabr teraktının qarşısının alınmaması və nə də məşhur Perl-Harbor hadisəsi Yaxın Şərqə ordu yeridilməsi qədər ziyanlı olmayıb: "Biz Yaxın Şərqdə 7 trilyon dollar itirdik. 7 trilyon dollar və hər iki tərəfdən milyonlarla insan həyatı itirildi."

Ancaq ardınca bir qədər ziddiyyətli fikir səsləndirən Tramp deyib: "Baxmayaraq ki, Obama da həmin qoşunların oradan çıxarılması qərarını verməklə səhv etmişdi, ancaq ABŞ tarixindəki ən böyük səhv məhz qoşunların Yaxın Şərqə yeridilməsi olmuşdu. Sizə deyim ki, bizim qoşunların Yaxın Şərqə yeridilməsi ölkəmiz üçün pis qərar idi..."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar