“Növbəti 6 il asan olmayacaq…” – Medvedev çətin dövrün başladığını bəyan edib

Dərc olunub: 20/09/2018 - 17:27

dmitri-medvedev

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, baş nazir Dmitri Medvedev hökumətin iclasında ölkə iqtisadiyyatını çətin günlər gözlədiyini bildirib.

Baş nazir deyib ki, sanksiyalar və ticarət müharibələri səbəbindən dünya bazarlarında vəziyyət getdikcə gərginləşir və Rusiya üçün qarşıdan gələn 6 illik dövr asan olmayacaq: “Hamımız bilirik ki, bu 6 illik siklin başlanğıcı asan olmayacaq. Biz dünya xammal və maliyyə bazarlarındakı vəziyyəti, həmçinin ticarət müharibələrinin genişlənməsi və sanksiyalar formasında təzyiqlərin güclənməsinin mümkünlüyünü nəzərə almalıyıq.”

Bununla da D.Medvedev Qərbin, xüsusilə də ABŞ-ın Rusiyaya qarşı təzyiqlərinin səngiməsi ehtimalının az olduğunu və tətbiq olunacaq sanksiyaların ölkə iqtisadiyyatına güclü təsir göstərdiyini etiraf etmiş olub.
Bununla yanaşı Medvedev bildirib ki, hökumətin aparacağı iqtisadi siyasət ölkə iqtisadiyyatının belə çətin vəziyyətdə də inkişafını təmin etməlidir. Baş nazir hətta 2021-ci il üçün ölkədə 3 faizlik artımın təmin edilməsinin mümkünlüyündən danışıb. Artım və eksport potensialı olan sahələr kimi isə kimya sənayesi, qida sənayesi və maşınqayırmanı göstərib.








loading...


Fikrinizi bildirin