TÜRKİYƏDƏ ETİMAD İSMAYILOVLA VİDA MƏRASİMİ KEÇİRİLİB - FOTOLAR + VİDEO

İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla İstanbulun Florya məscidində vida mərasimi keçirilib. Məscid yerləşdiyi rayon İstanbul Polis İdarəsi və təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən mühafizə olunub. Florya Yeni Camidə baş tutan mərasimə E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva 5 yaşlı oğlu və yaxınları qatılıblar.  S. Nuriyeva başsağlığı təziyələrini qəbul edib.

Vida mərasimində İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan, sabiq baş nazir Əhməd Davuoğlu,  “Star” qəzetinin rəhbəri Nuh Albayraq, “Anadolu” agentliyinin İstanbul bölgəsi üzrə müdiri Hüseyin Altınalan, “24 TV”nin rəhbəri Nagehan Alçı, jurnalistlər Saaadet Oruç, Həlimə Kökçə və digər tanınmış simalar, KİV rəhbərləri, siyasi partiya nümayəndələri və mərhumun yaxınları iştirak edib

Cənazə namazı qılındıqdan sonra cənazə Bakıya göndərilməsi üçün hava limanına yola salınıb. Cənazə bu gün axşam saatlarında Bakıya yola salınacaq.

Qeyd edək ki, Etimad İsmayılov ötən gecə İstanbulda qətlə yetirilib. Onun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar