Rusiya Avropa Şurasını tərk edə bilər

"Rusiya Avropa Şurasından çıxmaq qənaətinə gəlib".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko AŞPA prezidenti Lilian Mori Paskye ilə görüşdə bildirib.

"Tam səməmi deyirəm, artıq Avropa Şurasından çıxmağı düşünürük. Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”, - o deyib.

Qeyd edək ki, Rusiya Krımı ilhaq etdiyinə görə 2014-ci ildən AŞPA-da bir sıra səlahiyyətlərindən məhrum edilib. Buna cavab olaraq Rusiya qurumun iclaslarında iştirakını dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar