«KXDR-in denuklearizasiyası 2021-ci ilin yanvarında başa çatmalıdır» - Pompeo

«AzPolitika.info»-nun Qərb KİV-nə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo çərşənbə günü bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) denuklearizasiyası «2021-ci ilin yanvarına qədər başa çatmalıdır».

Öz bəyanatında Pompeo xəbər verib ki, Şimali Koreyanın xarici işlər naziri Li En Xonu ikitərəfli görüş üçün Nyu-Yorka dəvət edib.

«Birləşmiş Ştatlar Pxenyandakı sammitin uğurlu nəticələrinə görə, prezident Mun Çje İni və sədr Kim Çen Inı təbrik edir. Biz, prezident Mun Çje İn və Kim Çen In tərəfindən Sinqapur sammitindəki tam denuklearizasiya (Yonbendəki obyektin ABŞ və MAQATE müfəttişlərinin iştirakı ilə sökülməsi də daxil olmaqla) barədə razılaşmanı bir daha təsdiqlədiklərini alqışlayırıq» - dövlət katibinin bəyanatında qeyd olunur.

Pompeo həm də KXDR liderinin Tonçandakı nüvə sınaqları poliqonunun sökülməsinə hazır olmasına Vaşinqtonun pozitiv reaksiyasını qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar