Britaniya mühafizəkarları Tereza Meyi devirmək istəyirlər - "The Daily Telegraph"

«AzPolitika.info» Britaniya KİV-nə istinadla xəbər verir ki, bu ölkənin mühafizəkarları Baş nazir Tereza Meyi devirmək istəyirlər.

«The Daily Telegraph» qəzeti mühafizəkarlar arasında yayılan xidməti yazışmalara istinadla xəbər verir ki, Tereza Mey gələn ilin baharında öz postundan gedə bilər.

Nəşr qeyd edir ki, sənəddə hökumət başçısı postuna 27 potensial namizədin adı göstərilir və onların hər birinin uğur ehtimalı qiymətləndirilir.

Bundan əvvəl Birləşmiş Krallıq KİV-ləri xəbər vermişdilər ki, Britaniya parlamentinin demək olar, 50 üzvü Tereza Meyin vəzifədən salınması imkanlarını müzakirə edir. Belə ki, ölkənin Avropa İttifaqından çıxması məsələsində Baş nazirin fəaliyyəti deputatların xoşuna gəlmir.

Deputatların fikrincə, Tereza Mey Brüsselə həddindən artıq güzəştlər etməyə hazırdır ki, bu da «Brexit» üzrə aparılan danışıqları qiymətdən salır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar