Kim Trampla yenidən görüşmək xəyalında - «Şimal-Cənub» sammitindən sonra

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Respublikasının Prezidenti Mun Çje İn Pxenyana uç günlük səfərinin nəticələrindən danışıb. KİV onun Şimali Koreyanın rəhbəri Kim Çen Inla apardığı danışıqları «tarixi danışıqlar» kimi təqdim edib.

Dövlət başçısı bildirib ki, şitmal və cənubun yaxın gələcəkdə sülh müqaviləsi imzalayacağına ümid edir.

Mun Çje İn qeyd edib ki, hər iki liderin barəsində söhbət açdığı denuklearizasiya prosesini Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatları (ABŞ) ilə müzakirə etməlidir. O, xəbər verib ki, vasitəçi qismində Trampla görüşməq üçün Vaşinqtona yola düşəcək.

«ABŞ bizim vasitəmizlə KXDR-a ismarış göndərmək istəyir, Şimali Koreya isə bizim köməyimizlə ABŞ-a xəbər göndərmək istəyir. Mən də Trampla körüşəndə, bu rolu ifa edəcəm» - deyə, Cənubi Koreya lideri bəyan edib.

O, əlavə edib ki, KXDR-nın başçısı «işarə vurub» ki, ABŞ-n dövlət katibi Mayk Pompeonun denuklearizasiya prosesini irəli aparmaq üçün Pxenyana səfər etməsini istəyir. Bundan başqa, onun sözlərinə görə, Kim Çen In yaxın vaxtlarda ikinci ABŞ-KXDR sammitinin keçirilməsini istəyir. Məlum olduğu kimi, birinci sammit Sinqapurda baş tutub.

«Renxap»-ın məlumatına görə, Kim Çen In Muna hədiyyə də verib - 2 ton delikates matsukate göbələyi.

«Pezident və arvadı Şimali Koreyaya səfəri davam etdirdikləri bir vaxtda, Kim Çen Inın bizə hədiyyəsi gəlib çatdı» - deyə, Cənubi Koreya parlamentinin spikeri danışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar