Əliyevlə Sərkisyan gələn həftə görüşür - Sensasiya

Azərbaycan və Ermənistan qoşunlarının bütün təmas xətti boyu şiddətli döyüşlərin getdiyi, Azərbaycan ordusunun azı 16 hərbçisinin şəhid olduğu bir vaxtda düşmən ölkənin baş naziri heç kimin gözləmədiyi sensasion bəyanatla çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, baş nazir Ovik Abramyan Ermənistanın Qeqarkunik rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında prezidentlərin münaqişə zonasında vəziyyəti müzakirə etmək üçün tezliklə görüşəcəyini bildirib.

“İnterfaks”ın yaydığı sitata görə Ovik Abramyan deyib ki, Soçidə ya avqustun 8-də, ya 9-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq. “Prezidentlərin görüşü ya avqustun 8-də, ya 9-da Soçidə olacaq. Ümid edirik ki, görüşdə olduqca mühüm olan razılaşmalar əldə ediləcək” deyə Abramyan bildirib.

Ermənistanın baş naziri Azərbaycan hakimiyyətini “qızışdırıcı hərəkətlərdən çəkinməyə” çağırıb, deyib ki, Ermənistan müharibədən qorxmur. “İstənilən təxribatçı hərəkət, qızışdırıcı addım öz cavabını alacaq. Bizim buna resursumuz və qüvvəmiz var. Biz müharibədən qorxmuruq. Əlbətdə, müharibə yaxşı yol deyil, lakin bizə müharibəni zorla sırıyanda biz onu udmaq məcburiyyətində qalacağıq. Bizi ancaq hərbçilər arasında itkilər narahat edir” deyə Abramyan bildirib.

Beləliklə, cəbhədə atəşkəsin əldə edilməsindən bu yana ən şiddətli döyüşlərin getdiyi bir vaxtda prezidentlərin görüşünə dair qəfil razılaşma olduqca ciddi suallar meydana çıxarır. Belə məlum olur ki, bu görüş Rusiya prezidenti Vladimir Putinin ev sahibliyində keçiriləcək. Bəs Azərbaycan ordusu cəbhədə bu cür ağır itki verdiyi bir vaxtda danışıqlar masası arxasına keçmək Sərkisyanı daha da qudurmağa həvəsləndirməyəcək ki?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar