DSMF 3 tenderi bu şirkətə verdi - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tabeliyində olan müəssisələrin təmirinə başlayır.

Bununla bağlı DSMF eyni gündə - sentyabrın 12-də 3 müqavilə bağlayıb. Ümumi dəyəri 1 milyon manata yaxın olan tenderlərin qalibi eyni şirkət seçilib. Bütün müqavilələr "AZ AVS" MMC ilə imzalanıb.

Həmin sənədlərdən biri 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsində əsaslı təmir işlərinin görülməsininəzərdə tutur. Bunun üşün DSMF şirkətə 499 min 998,71 manat ödəyəcək.

DSMF 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin cari təmiri və abadlıq işlərinin aparılmasına isə 199 min 994,66 manat ödəyəcək.

Fondun "AZ AVS"lə bağladığı sonuncu müqavilə isə DSMF aparatının cari təmir və abadlaşdırılmasını nəzərdə tutur. Bunun üçün şirkətə 289 min 995,62 manat ödəniləcək. /fed.az

3 Dövlət Sosial Müdafiə Fondu AZ AVS MMC və Saral İnşaat MMC konsorsiumunun aparıcı təşkilatı olan AZ AVS MMC 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsində görüləcək əsaslı təmir işləri 499998.71 2018-09-12
4 Dövlət Sosial Müdafiə Fondu AZ AVS MMC və Saral İnşaat MMC konsorsiumunun aparıcı təşkilatı olan AZ AVS MMC 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində cari təmir və abadlıq işləri 199994.66 2018-09-12
5 Dövlət Sosial Müdafiə Fondu AZ AVS MMC və Saral İnşaat MMC konsorsiumunun aparıcı təşkilatı olan AZ AVS MMC Aparat üzrə cari təmir və abadlıq işləri 289995.62 2018-09-12

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar