QƏBUL İMTAHANLARINDA YENİ MODEL - Sualların formatı, balların hesablanması dəyişdirildi

Gələn tədris ili üzrə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 bal olacaq. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər: "Balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur. Yeni model ictimaiyyətə bir qədər əvvəl təqdim olunub. Məlumdur ki, qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn il üçün isə isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir".

DİM sədri əlavə edib ki, sualların təqdim olunma formatı da dəyişdiriləcək, yəni, daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq: "Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirilib. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu-noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı yenə keçirməyi planlaşdırırıq".

635x100

Şərhlər

Müəllim 2018-09-21 11:34:18

Bu yeniliklər bilirsiniz nəyə bənzəyir? Atalar sözü var: Ayının min kələyi bir armudun başındadır Hər cür fikirləşirlər ki,necə Azərbaycan balalarını bisavad edək.Özümüzünküləri dövlət hesabına xaricdə oxutduraq,azərbaycanlı balalarını məcbur edək həm ödənişli univercsitetdə oxusunlar,təhsilə soxulmuş fırıldaqçıların istədikləri qədər 150-200 balla abutueiyentləri ölkəyə lazım olduğundan dəfələrlə artıq qəbul edib ali diplomlu işsizlər ordusu yaratmaq hansı məntiqə uyğundur? Təhsili bərbad etmək deyilmi?

Son yazılar