Etimad İsmayılovun nəşi bu səbəbdən Türkiyə bayrağına bürünüb

“Etimad İsmayılovun nəşinin türk bayrağına bürünməsi protokol qaydaları əsasında edilib”. Bunu “Qafqazinfo”ya açıqlamasında mərhumun yas mərasimində iştirak edənlər deyib.

Bildirilir ki, tabutun Türkiyə bayrağına bürünməsi sözügedən ölkənin protokol qaydasına görədir. Türkiyə dövləti önəmli şəxslərin vida mərasimini bu formada keçirir.

Qeyd edək ki, E. İsmayılov atasının rəhbərlik etdiyi Ədalət Partiyasında birinci müavin vəzifəsini tutub.

Onun siyasi məsələlərlə bağlı məqalələri mətbuatda işıqlandırılıb.

635x100

Şərhlər

t.ədalət 2018-09-21 14:04:18

Etimad İsmayılovun nəşinin Türk Bayrağına bürünməsi qardaş Türkiyənin Azərbaycan türklərinə böyük məhəbbətinin təcəssümüdür.Burda qəribəlik axtarmağa ehtiyac yoxdur.Əlbəttə,Etimadı Türkiyəyə aparan onun içindəki türkçülük olub.Etimad ölümüylə türkçülüyümüzün bütövlüyü simvoluna çevrildi.Bəlkə də ona sıxılan xain gülləsi elə türkçülüyüməzə atılan güllədir..

Son yazılar