Bakıda piyadanı vurub öldürən sürücüyə 6 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elmir Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Mehdiyev 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

İttihama görə, E.Mehdiyev sürücülük vəsiqəsi olmadan Bakıda avtomobil idarə edərkən 80 yaşlı kişini vurub öldürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar