Polşada ABŞ hərbi bazası yerləşdirilə bilər

Polşa hökuməti ölkənin şərqində ABŞ hərbi bazasının yerləşdirlməsi məsələsini araşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu RMF FM-ə müsahibəsində Polşanın Baş naziri dəftərxanasının rəhbəri Mixal Dvorçik deyib.

O bildirib ki, belə bir addım bütün regionun təhlükəsizliyi baxımından böyük hadisə olardı. Onun sözlərinə görə, hökumət ABŞ bazasını ölkənin şərq, yaxud şimal-şərq bölgəsində yerləşdirməyə tərəfdardır.

Qeyd edək ki, Polşa ərazisində ABŞ hərbi bazasının yaradılması bu ayın 18-də iki ölkə prezidentləri Anjey Duda və Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşün əsas mövzusu olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar