İlham Əliyev və xanımı dünya çempionatının açılışında

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvləcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olundu.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan etdi.

Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirildi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar