Azərbaycanın ən böyük holdinqi 2 yeni şirkət yaratdı

Vergilər Nazirliyində "Pasha Holdinq" şirkətlər qrupunun törəməsi kimi təsis edilmiş iki şirkət qeydiyyatdan keçib. Adlarından görünür ki, şirkətlər kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərəcək.

"Agro Investments" MMC və "İndusrty Investments" MMC avqustun 8-də yaradılıb. Hər iki şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir. Şirkətlərin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Towers mərkəzidir. Şirkətlərə "PMD Group" ("Pasha Holdinq" şirkətinə daxildir) şirkətlər qrupunda bir neçə şirkəti idarə edən Məcnun Məmmədov və Fərid Musayev rəhbərlik edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar