Daha bir "qanunsuz ovçu" saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları icazəsiz ov edən daha bir nəfəri yaxalayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 21-də Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.

Araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub.

Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar