Dəlicəsinə ədalətli Etimad belə də ölməliydi...

Etimad İsmayılovun qətl xəbərində diqqəti çəkən ilk məqam bu idi: qatil iki güllə başına, bir güllə ürəyinə vurub.

Bu, əsəbin, hikkənin, mübahisənin nəticəsi deyil; bu, killerlikdir, düşünülmüş qətldir, çünki qatil “yoxlama atəşi” də açıb sanki.

Kim idi Etimad?

Etimad İsmayılov sıradan bir iş adamı deyildi və bəlkə, ümumiyyətlə, ona iş adamı demək də özünü doğrultmur. Etimad fikir, düşüncə adamıydı, həyata fərqli bir baxışı vardı və illər öncə bir dəfə müsahib olduğum bu şəxs haqda hələ o zaman “Ağılsızcasına ədalətli bir insan” demişdim.

Hə, Etimad bəy əsəbi, çılğın, bir az dəlisov idi, qürurluydu, bu da daxilində ədalətsizliklə barışmamağından irəli gəlirdi. Tam fərqli bir insan idi – o qədər ki, öz maraqlarına zidd olmasına baxmayaraq, hətta canı, taleyi bahasına heç bir xüsusi səbəb olmadan ədaləti müdafiə edirdi. Elə onun atasının yaxın adamı ilə mübahisəsi də bu “heç nə” üstündə başlamışdı.

Bədəlini bir fərqli formada – Çelyabinskdə 3 il türmə həyatı yaşamaqla ödədisə də, yolundan və mövqeyindən dönmədi.

Onun xarakterində adam Rusiyada yaşaya bilməzdi və yaşamadı da. Ancaq İstanbul da Etimad bəyin yeri deyildi.

Onu tanıyanlar nə danışır?

Deyirlər, İstanbulda yanına vaxtaşırı azərbaycanlılar gəlirdi: hansısa iş, ya müalicə üçün gedib, çətinliyə düşəndən tutmuş pulunu sonacan xərcləyib geri qayıda bilməyənə qədər.

Deyirlər, Floriyadakı ofisinə dəstək üçün müraciət edən heç kim naümid qayıtmırmış: Etimad bəy hər zaman gücü çatan dəstəyi göstərirmiş.

İnanıram, çünki adamı qısa müddət tanıma fürsətim olub.

Maraqlı həmsöhbət idi, ölkəsini sevirdi, türk dünyasına, bu ideologiyaya öz baxışı, yanaşması vardı. Əgər başqa zamanda doğulub, başqa mühitdə yaşasaydı, yaxşı bir ideoloq da ola bilərdi: qarşısındakına ideoloji sevgisini aşılamaq gücündə idi, fanat ədalətliliyi isə onun obrazını tamamlayırdı.

İstanbul azərbaycanlıları niyə yeyir?

Böyük meqapolislər ömrü udur, həyat o qədər qaynar olur ki, insanlar “itirlər”, “yoxa çıxırlar” – özlərinə başları qarışır və parlaq insanlar belə kölgələşir. Etimad da kölgələşmişdi.

Ancaq Etimad bəy “yataqda ölmək üçün” doğulanlardan deyildi – kölgədə illərlə qalıb, qocalıb ölə bilməzdi, necə ki Çelyabinskdə gəncliyini rahat başa vura bilməmişdi.

Təəssüf ki, bu cür ölümüylə “kölgədən” çıxdı.

66 yaşlı qatil-polkovnik

Gözəl Dəmirov haqda Mahmud Hacıyevin açıqlaması var, çox müsbət xarakterizə edib onu. Mənsə G.Dəmirovun DİN-də idarə rəisliyi ilə bağlı tam fərqli informasiyalar almışam.

Burda onlardan bəhs etməyə və G.Dəmirovun hansı tip adam olduğu barədə müzakirə açmağa ehtiyac görmürəm. Maraqlı olan qətl səbəbidir.

G.Dəmirov istintaqa deyib ki, E.İsmayılov şirkətinin 2 faiz səhmini onun adına keçirməli imiş, keçirməyib, o da evə gedib, silahını götürüb və gəlib öldürüb. Deyib, o Etimadı öldürməsəymiş, Etimad onu və ya ailə üzvlərini öldürəcəkmiş.

Məncə, qatil Etimad İsmayılovun özünü öldürəndən sonra ruhuna da hücum çəkir. Əgər həqiqətən onun haqqı çatsaydı, Etimad bəy səhm payını sözsüz ki verərdi – Azərbaycanda, Bakıda tanıdığımız Etimad bəy belə biriydi. Bu illər ərzində İstanbulda dəyişmişdimi?

İnanmaq çətindir. Çünki o xarakterli insanlar dəyişmir – xüsusən, 40-dan sonra qəti “düzəlmirlər”.

Digər tərəfdən, 2 faizlik səhmin 4 milyon dollar olduğu bildirilir. E.İsmayılov düşüncəsində olan tiplərin adətən bütöv səhm paketi 200 milyon dollar olan şirkəti olmur - əllərinin açıqlığı buna imkan vermir.

Üçüncüsü, E.İsmayılov səhmi onun adına keçirməmişdisə, evə gedib, silahlanıb, geri qayıdıb, 4 milyona görə onu düşünülmüş formada öldürmək 66 yaşlı polkovnikin nəyinə lazım idi? Peşəkar polis işçisi olmuş bir adam türmədə ölməyi niyə seçməli idi?

Yoxsa, Etimad bəy sifariş edilmişdi?

Artıq hər şey gecdir...

Etimad İsmayılov sifarişləmi qətlə yetirilib, yoxsa G.Dəmirovun əsəbinin qurbanı olub – bu, artıq heç nəyi dəyişmir.

Dəyişən odur ki, daha bir azərbaycanlı növbəti azərbaycanlını ölkədən kənarda, həm də namus üstə, vətən üstə, qan qisası, qeyrət üstə yox, PUL üstə qətlə yetirdi.

Qətlə yetirilən həm də fikir adamıydısa, qərib eldə azərbaycanlıların ümid çırağıydısa, bu, mənzərəni bir az da tündləşdirir. Demək, təkcə bir evin çırağı sönmədi, həm də qərib eldə yanan çıraqlarımızdan biri azaldı...

Anar (axar.az)

635x100

Şərhlər

Qoyko 2018-09-21 18:55:03

ilə gedəcəyəm. Atası qədər yüksək insani keyfiyyətlərə və dərketmə qabiliyyətinə malik Etimad parlaq hüquqşünas-alim ola bilərdi - və oldu da, düzdür ancaq praktiki-tətbiqi sahədə: o, bir vəkil kimi özünü təsdiq etdi. Lakin o şüurlu surətdə başqa yol seçdi, çünki ƏSL PROKUROR olan atasının çirkli pullar yığaraq, özgələrinin həyatı, mənəviyyatı, taleyi bahasına öz evində "kommunizm" qurmaq nakişiliyini qəbul etməməsi onun da həyat amalına çevrilmişdir, bir alçaq tərəfindən tökülən saf al-qanı əsla belə naqislikləri həzm edə bilməzdi. Atasına olan alçaqcasına hücumları görən Etimad, onu da başa düşdü ki, atası nə qədər qürurlu, mübariz, mətin olsa da, yeni reallıqlarda ədalətin təntənəsi üçün maddi resurs, imkan zəruridir. Məhz buna görə 18 yaşlı bir uşaq yenə də atasından keçən digər bir keyfiyyəti - qorxmazlığı ilə banditizmin tüğyan etdiyi 90-cı illər Peterburqun həyatına girişdi. Qısa bir zamanda özünəməxsus yer və ad qazandı, nüfuz sahibi oldu və onları uğurlu şəkildə biznesə transfer edə bildi. Oldu biznesmen. Məcburi. Və, ən əsası, atasının bu işlərə nəinki dəstəyi, onun heç bunlardan xəbəri belə olmadan.

Qoyko 2018-09-21 18:55:03

Etimad ruhən yox, məcburən biznesmen idi. 90-cı illərin əvvələrində sözün əsl mənasında ədalət və insanpərvərlik təcəssümü, heç bir zaman günahsız insanın taleyinə biganə qalmayan Respublika PROKURORU olan atasına qarşı kriminal-"tsexovşiklər" hakimmiyətinin iyrənc və bandit münasibətini görən Etimad (yeri gəlmişkən,o, hələ o vaxt öldürülməli idi:elə bilərək ki, o da bu insanların icərisindədir atasının bağını inşa edən 7 (yeddi!!!) nəfər günahsız fəhləni öldürəndə) belə bir ifadə işlətmişdi: mən başqa yol

Qoyko 2018-09-21 18:55:03

Против подлости - только ярость. Это был один из его жизненных принципов. Отсюда - иногда доходившая до высшего накала мощь его безудержности. Да-да, нет - нет. А не юлить, по-собачьи преданно смотреть в глаза "реиса" и при удобном случае - пнуть его ногой. Простота,иногда до провинциальности, риторики, сочетавшаяся с глубиной теоретического анализа и ясной логикой мышления. Железная воля. Сила духа.

Oxucu 2018-09-21 18:55:03

Bir şou biznes nümayendesinin avtoqezada maşınının bir "krılosu" ezilse buna o qeder mollalıq edib şerh yazırlar ki... Bu cür insanı bir qoca köpek qetle yetirib heç kimin duxu çatmır buna fikir bildib şerh yazsın.

muzaffar1949 2018-09-21 18:55:03

bu gətldən siyasi sifariş iyi gəlir. son günlər Qarabağla bağlı Ədalət partiyası öz qəti mövqeyini ortaya qoymuşdu...

Ramiz 2018-09-21 18:55:03

Çox maraqla oxudum, düşündürücü yazıdır. Mahmud Hacıyevin qatil barədə söylədikləri- nə müəllifin yanaşması da maraqlıdır. Amma, belə bir cinayəti törədən, həyat yoldaşını, uşağını başsız qoyan, ağsaqqal ataya oğul dağı yaşadan yaxşı insan ola bilərmi? Doxsanıncı illərin əvvəllərində, özbaşınalıq dövründə polisdə, xüsusən DİN-in mərkəzi aparatında / Nəqliyyat polisində və Xüsusi idarədə/ işləmiş şəxslər Gözəl Dəmirovu daha obyektiv xarakterizə edə bilərlər!

t.ədalət 2018-09-21 18:55:03

Etimad Gözəl Dəmirov kimi professional bir krinimalın əli ilə qətlə yetirilsə də,bu cinayətin arxasında hansısa kommersiya adamının maraqları dayanır.Həm də Etimadın məşğul olduğu biznes bazarının ələ keçirilməsi kimi bir maraq!

hop-hopnamə 2018-09-21 18:55:03

Etimad bəyi polis killer sifariş əsasında öldürmüşdür. Bu sifarişin izini də tam yəqinliklə küləklər şəhərində axtarmaq lazımdır. Bunun səbəbi Etimad bəyin fəaliyyətində deyil, yaxınlarının buradakı fəaliyyəti ilə bağlıdır, yəqin ki. Çünki burada həmişə danışan dillər kəsilmişdir.

Son yazılar