DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI SON QƏRAR - Konstitusiya Məhkəməsi nöqtəni qoydu

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

635x100

Şərhlər

Bikəxanım Həmidova 2018-09-21 18:56:22

Bəli Hakimlər onsuzda Bankirlərin xeyrinə qərar çıxartmalıdılar.Dövlətin qanunları-bütün bəlalar kasıblara gəlir.Mən yeddi min AZN-ə qarşı on min beş yüz AZN ödəmişəm.Amma mənə 6 min dollar borclu olduğumu söyləyirlər.65 yaşım var bugünə kimi dollar tanımıram.Onlardan soruşan varmıdı ki,müştəriyə dollar vermisiniz.?Allah yaradan iki balıq tutanı tez günahlandırırlar.Amma,yazdıqları dollar cədvəllə bəlaya saldıqları insanları intihar etməyə düçar edən səbəbkarlara gözəl-gözəl qərarlar verilir.

Ibad 2018-09-21 18:56:22

Coz telesibler.Gozdeyeydiler 10 ilde kecerdi sonra nese qerar vererdiler.Yaman operativ iwdeyirler kavboylar.Coxsagolaunlarki hecolmasa devalivatsiyadan 4 il kecenden sonra bele geydirme qerar verirler.Bir dene bu konstitusiya mehkemesi qalmiwdi bu milleti ele salmayan,olarda uje ele saldilar.

Muharibe elili 2018-09-21 18:56:22

Çoxdan belē sevinmemişdim, Allah sizi sevindirsin KM-deki dahiler,

Mahir Əliyev 2018-09-21 18:56:22

Əminliklə demək olar ki,Bankların arxasında duran oliqarxlar Dövlətdən güclüdürlər.

ilham 2018-09-21 18:56:22

...ele bilirsiz yaxsi is korduz ? bununla da Azerbaycanda is adamlarini olkeden govduz

EWDER 2018-09-21 18:56:22

AZERBAYCAN KONSTITUSIYASINA GORE BANKLARIN XARICI VALYUTA ILE KREDIT VERMEYE IXTIYARI YOXDUR...KAPITAL BANK BU TELEBI YEYINE YETIRIB... NIYE ,KIM BILIR....MONOPOLIYA...AZERBAYCAN VETENDAWININ PRORITETI,HUQUQU HAMISI BOW WEYDIR.BU BANKLAR KIMINDIR ,HAMI BILIR....

Obyektiv 2018-09-21 18:56:22

Men neche illerde bir sheyi basha dushmedim, bu qaretchi "bankfasonlar" ne bele "ezizxelef" olublar ki, dovlet ve onun bir chox qurumlari da onu bu qeder "yuksekde" tuturlar??! Buradaki bu "banklar" (aci-gulunc %-i iLe) insanlari yorulmadan istismar elemekle meshguldurlar hele bir naxalcasina odenishi biraz gecikdirenlere de zulmler eleyirler! Beyem, bunlarin bu vehshilikleri ozu dovletchiliyimize ve qurulusha xelel getirmirdi ki?! Adam onlarin yerine utanirdi, amma bunlara "qeyyumlar" da tapilir...

Seyid 2018-09-21 18:56:22

Manatın devalivasiyasından təxminən bir il əvvəl prezident çıxış edərək, banklarda əmanətlərin manatla saxlanmasını tövsiyyə etmişdi. Kon. Məhkəməsi qərar verəndə bu məsələni nəzərə aldımı?

Firəngiz 2018-09-21 18:56:22

Azərbaycan Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan xalqının deyil- bir qrup varlı bankirlərin mənafeini güdməsəydi bura Azərbaycan olmaz idi! Biz belə insafsızlıqları görə=görə yaşayırıq,eyni vaxtı bizim başbilənlərimiz DİNi etiqadları,qurumları xalqın beyninə yeritməklə məşquldur, və özlərini elə qpqrırlar ki,sanki İslam dininin əsalarının onlara dəxli yoxdur! Ancaq çox böyük səhv edirlər- belə Allahsızlıq, zalımlıq cəzasız baş verə bilməz!

Veteran 2018-09-21 18:56:22

Cox obsurd bir aciqlama!!! Elbette gozlemilmez idi. Azerbaycan vetendawi gece yatir seher acilanda melum olur ki, onun dovleti gece 78 qepiye satdigi dollari seher ona 1.70 qepiye satir. Indi ise Konstitusiya mehkemesi elan edir ki, bunun baw vereceyinden haminin xeberi vardi?Yox cenablar duz daniwmirsiniz! Ona gore ki, eger siz deyen kimi olsaydi 1 nefer de olsun ABS dollari ile bankdan kredit goturmezdi! Duwunurem gozlenilmez olmayan yegane mesele Konstitusiya mehkemesinin ixtisar olunmamasi ola biler!

t.ədalət 2018-09-21 18:56:22

Krediti götürənlər əsasən kasıblardır.Onlar manatın kursunun dəyişəcəyinə heç vaxt inana bilməzdilər.Çünki hakimiyyət "analoqsuz inkişaf" haqqında təbliğatla adamları elə aldatmışdılar ki,manatın qiymətdən düşəcəyi haqqında heç düşünmürdülər.Banklar tərəfindən "güzaranı zorlanmış" insanlar ölkə vətəndaşlarıdır.Dövlət öz vətəndaşının mənafeyini də fikirləşməli,K.məhkəməsinin insafsız qərarını yumşaltmalıdır.

Azərbaycan vətəndaşı 2018-09-21 18:56:22

Heç görmüsüz Azərbaycanda məhkəmələr kasıbın xeurinə qərar qəbul etsin?Yəqin ki,yox.Səbəni hamıya bəllidir.Ona görə də məyus olmağa dətməz.

Son yazılar