Tramp ABŞ-ın Ermənistanda səfiri vəzifəsinə yeni namizəd irəli sürüb

Dərc olunub: 21/09/2018 - 22:38

donald-trampABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ermənistanda səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Ağ Evin mətbuat xidmətinə istinadən yayılan məlumata görə, Treysi hazırda Dövlət Departamentinin Rusiya üzrə baş müşaviri vəzifəsində çalışır. O, həmçinin ABŞ səfirinin Moskva, Aşqabad və Astana üzrə müavinidir.

Treysinin namizədliyinə ABŞ Senatında baxılacaq.








loading...


Fikrinizi bildirin