Tanzaniya prezidenti Con Maqufuli Viktoriya gölündə sərnişin bərəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib. Bu barədə “Report” “Agency France Presse”yə istinadən xəbər verir.
“Mən bu gündən başlayaraq 4 günlük matəm elan etməyə qərar verdim”, – deyə prezident bildirib. Sərnişin bərəsi cümə axşamı Yukora adasından 50 metr məsafədə aşıb. Hadisə zamanı bərədə normadan iki dəfə çox – 200 nəfər olub. Gəmi həmçinin yük – qarğıdalı, banan və sement daşıyırmış. “Reuters”in polis nümayəndəsinə istinadən məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.