Sumqayıtda avtomobil iki uşaq anasını vuraraq öldürüb

Dərc olunub: 21/09/2018 - 23:03

qeza-yol-nishaniSumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin “Şərq Bazarı” adlanan ərazinin yaxınlığında qeydə alınıb. Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Aynaxanım İsabala qızı Rəhimovanı yolu keçərəkən avtomobil vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə qadın uşaqlarını məktəbə aparıb qoyduqdan sonra baş verib. Faktla bağlı araşdırma aparılır. (Report)


loading...




Fikrinizi bildirin