“Türkiyə və ABŞ prezidentlərinin görüşü mümkündür” – ABŞ-ın BMT-dəki nümayəndəsi

Dərc olunub: 22/09/2018 - 00:13

3be0a3f9444d7387563a3fc3981bdc5aNyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan görüşə bilər.“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

O, bildirib ki, prezidentlərin görüşü gözlənilmir. Ancaq sentyabrın 25-də BMT-nin baş katibi Antonio Quttereşin verəcəyə ziyafət zamanı onların bir araya gəlməsi mümkündür.

Qeyd edək ki, sentyabrın əvvəlində Qırğız Respublikasına səfərdən qayıdarkən Rəcəb Tayyib Ərdoğan təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında görüşlə bağlı Donald Trampdan təklif gəlmədiyini, özünün də belə bir görüşə ehtiyac duymadığını bildirib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-27-də BMT Baş Assambleyasında iştirak etmək məqsədi ilə ABŞ-da səfərdə olacaq. O, Qlobal Qaçqınların Ali Şurasında iştirak edəcək və sentyabrın 25-də oradan Baş Assambleyaya müraciət edəcək.

Türkiyə rəhbərinin bir sıra dövlətlərin başçıları ilə görüşü nəzərdə tutulub. Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı türk və müsəlman icmalarının təmsilçiləri ilə də görüşəcək.


loading...




Fikrinizi bildirin