Putinin snayper atışının sirri üzə çıxdı - Güllə əslində kimə atıldı?

Ədoğan və Putin Soçidə İdliblə bağlı tarixi razılaşmaya imza atdılar, beləliklə, müharibənin qarşısını aldılar. Lakin bu razılaşmadan dərhal sonra Suriyada Rusiyaya məxsus təyyarə vuruldu və 15 rus əsgəri öldü. Təyyarə Əsəd rejimi tərəfindən atılan raketlə vurulmuşdu, lakin Moskva buna görə İsraili ittiham etdi. Çünki Suriyaya hücum edən İsrail təyyarələrinin rus təyyarəsini Əsədin raketinin hədəfinə gətirdiyi deyilir. Rusiya təyyarəsinin vurulmasının da məhz İdlib razılaşmasına mesaj olduğu ehtimal edilir. Publika.az xəbər verir ki, türkiyəli yazar Taha Dağlı baş verənləri şərh edib.

T.Dağlı bunun Rusiyaya qarşı ikinci hücum olduğuna diqqət çəkib: “Bundan əvvəl də 29 yanvarda keçirilən Soçi görüşü ərəfəsində Rusiya bazasına hücum edildi. Görüşdə Suriya böhranı, xüsusilə İdlib məsələsi müzakirə ediləcək və qərar veriləcəkdi. Həmin vaxt Türkiyə hələ “Zeytun budağı” əməliyyatına başlamamışdı, ABŞ-ın Suriyanın şimalında yaratmaq istədiyi “terror dəhlizi” layihəsi də gündəmdə idi. Soçi görüşündən əvvəl – 31 dekabrda rusların Xmeymim bazasına hücum edildi. 7 təyyarə yararsız hala düşdü, 2 rus əsgəri öldü, 10-u yaralandı. Hücumun vaxtı diqqət çəkirdi və bunun təxribat olduğu məlum idi. Kimlərsə Rusiya bazasını hədəf alaraq, bunu İdlibdəki müxaliflərin üzərinə yıxmaq və prosesi pozmaq istəyirdi. Lakin reallıq fərqli idi və ruslara atılan raket İdlibdən deyil, cənubdan gəlmişdi. Çünki həmin topun hədəf məsafəsi 6 kilometrdir və Lazkiyədən bazanın cənubundakı bölgədən atılmışdı. Bu bölgədəki kəndlərə giriş-çıxış tamamilə rusların əlindədir. Bəs hücumu kim etmişdi? Ortadakı məlumatlar Əsəd rejimindən ayrılmış qrupa işarə edir. Xmeymim bazasına hücum edənlər rejimin içinə yerləşdirilmiş “Ələvilər ordusu” adlı qrup idi. Lakin o da dəqiqdir ki, bu qrup Əsəd rejiminin içindən çıxsalar da, ABŞ tərəfindən idarə olunurlar. Ruslar məsələni araşdırdı və həqiqəti öyrəndilər. Buna görə də Putin “Xmeymim bazasına hücumun arxasında hansı ölkənin olduğunu bilirik” deyə bildirmişdi”.

Türkiyəli yazar qeyd edib ki, bu gün yenə eyni mənzərə yaranıb.

“İdlib böhranı Soçi görüşündə Türkiyə və Rusiyanın səyi nəticəsində həllini tapdı. Ən böyük zərbə ABŞ-ın PKK planına vuruldu. Və bu razılaşmanın əldə olunduğu günün axşamı Xmeymim yaxınlarında Rusiya təyyarəsi vuruldu. Əsəd rejimi İsrail F-16 təyyarəsini vurmaq istəyəndə rus təyyarəsini vurmuşdu. Putin “təyyarəmizi İsrail vurmadı”, - deyə bildirdi və böyük ehtimalla hücumun arxasında hansı ölkənin dayandığını bilir. Buna görə də hadisədən sonra snayperlə atəş açaraq, kimlərəsə mesaj göndərdi”, - deyə T. Dağlı diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar