Bacı-qardaş dünya çempionu oldu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir ilk gerçəkləşib.Oxu.az xəbər verir ki, ikinci yarış günündə qadınların mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Maraqlıdır ki, hər iki çəkinin qalibi yaponiyalı Abe ailəsinin nümayəndələri olub. Belə ki, kişilərin mübarizəsində Hifumi Abe ardıcıl ikinci dəfə dünya çempionu olub.

Qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da Bakıda tarixi hadisə gerçəkləşib. İndiyədək eyni gün və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib.

635x100

Şərhlər

EJDER 2018-09-22 00:49:15

PAY ATONNAN ,INKIWAF EDIRIK,GINNESE DUWECEYIK.....

Son yazılar