Merkel Terezanın «salamı»nı almadı - Ona arxa çevirdi

«AzPolitika.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) Zalsburqda keçirilən qeyri-formal sammitində Almaniyanın kansleri Angela Merkel Britaniyanın Baş naziri Tereza Meyi «qulaqardına vurub». Bu barədə Britaniya KİV-i yazıb.

«The Daily Express»-in yazdığı kimi, Böyük Britaniya nazirlər kabinetinin başçısı Almaniya federal kanslerini təbəssümlə salamlayıb, ancaq Merkel əl verib salamlaşmadan onun yanından ötüb keçərərək, Litvanın prezidenti Dale Qribauskayteyə yaxınlaşıb və arxasını Terezaya çevirmiş vəziyyətdə, onunla söhbətə başlayıb.

Britaniya Baş naziri isə öz növbəsində, bəyan edib ki, «Brexit» danışıqları dalana dirənib.

«Biz, dalandayıq. Danışıqların indiki gecikmiş mərhələsində detallı izah və qarşılıq təkliflər olmadan, digər tərəfin mövqeyini sadəcə inkar etmək yolverilməzdir. Odur ki, indi biz «məsələnin nə yerdə olduğu və hansı alternativlər mümkündür» sualına cavab eşitməliyik. Nə qədər ki, bu, baş verməyib, biz proqresə nail ola bilməyəcəyik» - deyə, siyasətçi bildirib.

«The Express»-in yazdığına görə, bundan əvvəl, Merkel privat qaydada bəyan edib ki, London Avropa İttifaqından çıxdığına görə «zərər çəkməli olacaq». Odur ki, Aİ ilə vidalaşma məsələsində Britaniya güzəştlərə ümid etməyə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar