«Pxenyana getməyə hazıram...»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın yeni görüşünə ümidlidir.

«Ümid edirəm ki, iki lider görüşəcək və bütün dünya üçün mühüm olan məsələ ətrafında irəliləyişi davam etdirəcəklər» - deyə, Pompeo «MSNBC» telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, o özü də Pxenyana getməyə hazırdır, ancaq səfərin vaxtını və onun məqsədəuyğunluğunu şefi Tramp müəyyən edir.

Ağ Ev bundan əvvəl bəyan edib ki, ABŞ və Şimali Koreya liderlərinin yeni görüşü istiqamətində iş aparır. Ancaq Tramp Pompeonun Pxenyana planlaşdırılmış səfərini ləğv edib və bu qərarını denuklearizasiya danışıqlarında lazımi qədər proqresin olmaması ilə əsaslandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar