Generallar cəbhə bölgəsinə yollanıb

Axar.az özəl mənbələrə istinadla xəbər verir ki, Baş qərargah rəisi general Nəcməddin Sadıqov və Kəşfiyyat rəisi general-mayor İlqar Mazanov döyüş bölgəsinə yollanıb. Hazırda onların bütün əməliyyatlara səhra qərargahından rəhbərlik etdikləri bildirilir. Bundan əlavə, Müdafiə Nazirliyinin digər yüksək rütbəli generalları da cəbhədədirlər.

Qeyd edək ki, son günlər ermənilərin cəbhədə sistemli atəşkəsi pozması və kəşfiyyat-diversiya qruplarının müntəzəm hücumu nəticəsində Azərbaycan 3 gündə 14 şəhid verib, erməni tərəfi isə 20 itki verdiklərini açıqlayıb. Ermənilərin cəbhədə aktivləşməsi bu gün ağır hərbi texnikanın cəbhəyə yeridilməsinə səbəb olub. Bu gün həmçinin hərbi helikopterlər və qırıcılar da havaya qaldırılıb. Ordumuz 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib.

Xatırladaq ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da bu gün qısamüddətli məzuniyyətini yarımçıq qoyaraq birbaşa cəbhə bölgəsinə gəlmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar