"Florens" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında baş vermiş "Florens" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Məlumata görə, təbii hadisənin qurbanlarından 32-i Şimali Karolinanın payına düşür. Bundan əlavə, qasırğa Cənubi Karolina və Virciniyaya da zərər vurub.

Daha əvvəl qasırğa zamanı 41 nəfərin öldüyü bildirilirdi. "Florens" qasırğası Atlantik okeanının ABŞ sahillərinə bir neçə gün əvvəl çatıb və dərhal zəifləməyə başlayıb.

Təbii hadisə həmçinin ölkənin digər şəhərlərinə də külli miqdarda maddi zərər vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar