İRANDA HƏRBİ PARADDA TERROR – 28 hərbçi öldürülüb – FOTOLAR + VİDEO

Dərc olunub: 22/09/2018 - 21:59

1

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı.

Yerli mətbuat yazır ki, bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində həmçinin 60 nəfər yaralanıb.

Qeyd olunduğuna görə, hücum edən şəxslərdən 3-ü yerində məhv edilib, qalanları isə xəstəxanada ölüb.

İŞİD terror təşkilatı İranın Əhvaz şəhərində baş verən hücumun məsuliyyətini öz üzərinə götürüb. Bu barədə İŞİD-ə yaxınlığı ilə tanınan “Amak“ nəşri məlumat yayıb.

Bundan əvvəl isə Əhvazda baş verən terakta görə məsuliyyəti Əhvazın Ərəb Vətənpərvər Demokratik Hərəkatı üzərinə götürüb.

İran bu təşkilatı Səudiyyə Ərəbistanı ilə əlaqələrdə ittiham edir.

Xəbərdə əvvəlcə İran Prezidenti Həsən Ruhaninin də hadisə yerində olduğu qeyd edilsə də, sonradan bu yanlışlıq düzəldilib. İŞİD hücumu təşkil etdiyini iddia etsə də, teraktla bağlı hər hansı bir görüntü paylaşmayıb.

***

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Xuzistan əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.

***
255112_res_01İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əsgərinin öldüyü bildirilir.
Yerli mətbuat yazır ki, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.Yaralıların isə ən azı 7 nəfəri SEPAH-çıdır.

***

b6b4e532-96c6-44ed-9b91-5cfe150846faİranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib . “Report” xəbər verir ki, bu məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb. Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.

***

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. “Report” xəbər verir ki, bu məlumatı Türkiyə KİV-ləri yayıb.

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.

12 3 4








loading...


Fikrinizi bildirin