Futbol üzrə braziliyalı ikiqat dünya çempionu Bakıya gələcək

Dərc olunub: 22/09/2018 - 11:54

3177111e-2318-48b3-971e-f3a6de839bff_292Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.

Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.


loading...




Fikrinizi bildirin