Qadirlə Nadirin Rusiya sərgüzəştləri 

Əbil HƏSƏNOV

Hekayə

Mən də bir tikə çörəkpulu qazanmaq üçün Rusiyaya üz tutmuşdum. Orda həm fəhləlik edir, həm də alver eləyib çörəkpulu qazanırdım. Qazandığım pulları evə göndərirdim. Çətinliklər olsa da, işlərimiz pis getmirdi.

Bir gün bazarda təsadüfən kənddəki qonşularımı - Qadirlə Nadiri gördüm. Onlar da mənim kimi buraya pul qazanmağa gəldiklərini dedilər. Buradakı azərbaycanlılar yığışıb onlara həm qalmağa yer, həm də iş tapmaqda yardımçı oldular. İşləri də pis getmirdi.

Qadir bazarda alver edirdi, Nadir isə tikintidə fəhlə işləyirdi. Dediklərinə görə pis qazanmırdılar. Evlərinə pul göndərirdilər...

Vaxt tapan kimi bir yerə yığışıb dərdləşərdik. Kəndi yadımıza salardıq. Onlara iş tapmaqda yardımçı olduğuma görə mənə sağ ol deyirdilər...

Xeyli vaxt idi ki, Nadir görünmürdü. Qadir onun kəndlərin birində fermada işlədiyini bildirdi.

Bir gün Qadir ağlaya-ağlaya mənə yaxınlaşaraq, Nadirin öldüyünü dedi. Meyidi aparmağa pul istədi...

Mən həmvətənləri çağırıb vəziyyəti onlara bildirdim. Sağ olsunlar, xeyli pul yığıldı. Bu pullar yas mərasimlərinə də çatardı.

Mən də Qadirlə kəndə getmək istədim. Qadir mənim onunla getməyimə razı olmadı. Bir neçə gündən sonra evə zəng vurub Nadirin qırx mərasiminin vaxtını öyrənib kəndə getmək istədim. Atam mənə Qadirlə Nadirin kənddə olduqlarını, özlərinin də çoxlu pulla gəldiklərini dedi.

Mən eşitdiklərimdən təəccübləndim. Sonradan öyrəndim ki, qardaşlar Rusiyanın müxtəlif şəhərlərinə əvvəlcə bir gedib, sonra ayrılırlar. Nadir Qadirin öldüyünü, Qadir isə Nadirin oldüyünü deyib, həmvətənlərimizdən pul qoparmaqla məşğul olurlar...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar