“İlyas müəllim, dərdinizə şərik çıxıram...”

Ədalət Partiyası Naxçıvan şəhər təşkilatının sədri İsa Mirzəyev özü və ailəsi, həmçinin təşkilatın üzvləri adından bu partiyanın sədri, sabiq baş prokuror, hüquq elmləri doktoru İlyas İsmayılova oğlu Etimad İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib.

“Çox dəyərli, ağayana, hər anlamda gözəl İNSAN, örnək ailə başçısı İlyas müəllim! Bu qəfil və acımasız dərdinizə ailəmlə birlikdə şərik çıxıram. Allah Sizə, Zəkiyyə xanıma, Sevil xanıma, Mətinə səbr versin, körpə İlyası böyüdüb boya-başa çatdırmaqda yardımçınız olsun. Əvəzsiz Etimadın ruhunu şad etsin. Amin!

Dərin hüznlə, 17 yaşı tamam olmamış tək oğlunu 24 il əvvəl 19 sentyabrda (!) faciəli şəkildə itirmiş dostunuz Mirzəyev İsa Bəhlul oğlu” – başsağlığı mətnində belə deyilir.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Asim 2018-09-22 17:48:17

Semimi,merd,cesur`Etimada ALLAH`rehmet`etsin , mekani`cennet`olsun. Saygideyer`Ilyas`muellimin`timsalinda`ailesine`temkinli,metin`olmagi`dileyirik

Son yazılar