"Trampı Səddam Hüseynin taleyi gözləyir..."- Həsən Ruhani

"AzPolitika" "Reuters" agentliyinə istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani dövlət televiziyasına müsahibəsində Donald Trampa hazırda İrana qarşı apardığı siyasətindən əl çəkməyi məsləhət görüb. O, deyib ki, ABŞ prezidenti bu yoldan vaxtında dönməsə, İraqın sabiq lideri Səddam Hüseynin taleyini yaşayacaq.

H.Ruhani növbəti dəfə ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəklərini vurğulayıb: " İran müdafiə vasitələrindən imtina etməyəcək, həmçinin amerikalıları əsəbləşdirən raketlərdən."

İran prezidenti Trampa S.Hüseynin aqibətini xatırladaraq deyib ki, İranla 1980-1988-ci illərdə müharibə aparan İraq ordusu böyük itkilər verib. İraq iqtisadiyyatı isə çox ağır duruma düşüb. Nəticədə S.Hüseyn qonşu Küveyti istila etməyə çalışıb və bundan sonra da İraq ordusu darmadağın edilib. Hüseynin özü isə məlum olduğu kimi, yeni İraq hökuməti tərəfindən 2006-ci ildə edam olunub.

Bundan öncə ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla danışıqların bərpası üçün heç bir əsas görmədiyini demişdi. Onun sözlərinə görə, dialoqun başlanması üçün öncə İran "Hizbullah" təşkilatına dəstəyini kəsməli və Səudiyyə Ərəbistanına Yəməndəki Husilərin əlilə raket zərbələri endirməyi dayandırmalıdır.

635x100

Şərhlər

Mirzə AĞ 2018-09-22 18:34:25

Xeyir, Trampı Səddamın yox, Con Kennedinin taleyi gözləyir...

Son yazılar