Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

Dərc olunub: 22/09/2018 - 22:09

16718a72-cee2-4978-b5c6-0123849aa139_292Dövlət Gömrük Komitəsində (DGK) “Gömrük orqanlarında həyata keçirilən islahatların 1-ci mərhələsinin yekunları”na dair müşavirə keçirilib. “Report” DGK-ya istinadən xəbər verir ki, müşavirədə qurumun sədriSəfər Mehdiyev, onun müavinləri, baş idarə rəisləri, ərazi və ixtisaslaşmış gömrük idarələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Aparılan struktur islahatları nəticəsində gömrük sistemində beynəlxalq təcrübədə özünü doğruldan ən müasir modelin tətbiq edildiyini bildirən S.Mehdiyev bununla da təkrarçılığın aradan qaldırılacağına, əməkdaşların məhsuldarlıq səviyyəsinin artacağına, vətəndaş-məmur təmasının minimuma endiriləcəyinə, xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin yüksələcəyinə əminliyini ifadə edib. Komitə sədri bütün gömrük əməkdaşlarına verilən tapşırıqları vicdanla yerinə yetirməyi, vətəndaşlara qarşı nəzakətli davranmağı, onların problem və şikayətlərini səbrlə dinləyib operativ şəkildə həllinə nail olmağı tövsiyə edib.

Daha sonra tədbirdə çıxış edən Komitə sədrinin müavinləri, baş idarə rəisləri və digər gömrük əməkdaşları həyata keçirilən islahatların məqsədi, gedişi və səmərəliliyi barədə məlumat verib, təklif və tövsiyələrini dilə gətiriblər.


loading...




Fikrinizi bildirin