Yüz milyon insanı öldürən dəhşətli virus 100 il sonra oyana bilər

Dərc olunub: 22/09/2018 - 22:40

6“İspan qripi” pandemiyası 100 ildən sonra yenidən qayıda bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu il “İspan qripi”nin yenidən bəşəriyyətin bəlasına çevrilmə ehtimalı var. 1918-1919-cu illərdə bəşəriyyət tarixində ən kütləvi hal alan “İspan qripi”nə həmin dövrdə 550 milyon (planetin 29, 5 faizi) insan yoluxmuşdu. Qripin qurbanlarının konkret sayı məlum olmasa da, bəzi mənbələrə görə, 50-100 milyon insan ispan qripindən dünyasını dəyişib.

“Qrip tamamilə yox olmayıb. Və bu həqiqətən təhlükəlidir” – deyə həkim Fari Əhməd bildirib.

Epidemiya başlayanda insanlar dərhal başa düşəcək ki, nə baş verir. Əlbəttə ki, tibb və ümumi yaşam tərzi XX əsrlə müqayisədə xeyli dəyişib, inkişaf edib. Ancaq virus hazırkı dövrdə də ciddi fəsadlara səbəb ola bilər.

Alimlər “İspan qripi”nin haradan gəldiyini müəyyən edə bilmirlər. Ancaq onun barəsində ilk dəfə İspaniya KİV-lərində yazıldığı üçün xəstəlik “İspan qripi” adlandırlıb. Pandemiya onlarla Avropa ölkələrində, Afrika, Asiya, hər iki Amerika və Avstraliyada yayılmışdı.

İndi isə ekspertlərin fikrincə yeni virusun ölümcül təhlükəli mutasiyaya uğramış halı özünü göstərə bilər.

“Qrip hələ də çətin nəzarət edilən və sürətlə yayılan qatil olaraq qalır” – deyə Qlobal Sağlamlıq Şurasının sədri doktor Conatan Kuik deyib.








loading...


Fikrinizi bildirin