Qubada 30 yaşlı kişi bıçaqlanıb

Qubanın Aşağı Atuc kəndində bıçaqlanma hadisəsi olub. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü yerli sakin Zeynalov Təvəkkül Mirabbas oğlu döş qəfəsindən bıçaqlanaraq xəsarət alıb.

Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən T.Zeynalovun vəziyyəti orta-ağırdır.

Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar