Saatlıda kişi qayınanasını qətlə yetirib,

Dərc olunub: 22/09/2018 - 23:29

899be943-2314-4013-8bf4-757f73d6be1a_292Saatlı rayonunda qətl hadisəsi baş verib.“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.
O, həmçinin 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


loading...




Fikrinizi bildirin