Rusiya Dövlət Duması ABŞ-ı terror təşkilatları ilə «oynamaq»da ittiham edib!

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyada İŞİD liderlərinin evakuasiya edilməsi barədə informasiyanı şərh edərkən, Dövlət Dumasınıda (DD) «Vahid Rusiya» fraksiyası sədrinin birinci müavini Adalbi Şxaqoşev bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) beynəlxalq terrorçu təşkilatlarla «oynamaq siyasəti»ni davam etdirir.

Bundan əvvəl, «SANA» agentliyi yerli mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor əyalətindən İŞİD terrorçu qruplaşmasının döyüşçülərini evakuasiya edib.

«Vaşinqton beynəlxalq terrorçu qruplaşmalarla «oynamaq siyasəti»ni davam etdirir və bunun vasitəsilə də öz planlarını reallaşdırır. Amerika hakimiyyəti terrorçularla əməkdaşlıq etməklə, onların qarşısında ABŞ-n maraqlarından asılı olan tapşırıqlar qoyur» - Şxaqoşev bəyan edib.

Deputatın fikrincə, qərb koalisiyası beynəlxalq terrorçu təşkilatların liderlərini xilas edir və onları Şimali Afrikaya, Əfqanıstana və ya koalisiyanın geniş imkanlara malik olduğu ölkələrə - nəzarətin zəif olduğu ərazilərə daşıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar