Çin ABŞ-la birgə tədbirlərdə iştirakdan imtina edib - Sanksiyalara görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birgə tədbirlərdə iştirakdan imtina edib. Səbəb, Rusiya ilə əməkdaşlığa görə, ABŞ-n Çinə yönəlik sanksiyalarıdır.

Bundan əvvəl, Çinin Xarici işlər Nazirliyi (XİN) ABŞ səfiri Qeri Lokku çağırıb.  Rusiyadan silah aldığına görə, ölkəsinin Çinə yönəlik tətbiq etdiyi məhdudiyyətlər səbəbilə, ona sərt etiraz bildirib. Bundan başqa, ABŞ səfirliyinin hərbi attaşesi də Mərkəzi Hərbi Şuraya çağırılıb və ona etiraz bildirilib.

Çinin müdafiə nazirliyində (MN) qeyd ediblər ki, Pekin Çin hərbi-dəniz qüvvələri (HDQ) başçısının ABŞ-a səfərini ləğv edib. Səfərin gedişində Şen Tszinlun dənizdə beynəlxalq təhlükəsizliyin dəstəklənməsi üzrə simpoziumda iştirak etməli idi.

Bundan başqa, Çinin Mərkəzi televiziyası xəbər verib ki, ölkə hakimiyyəti iki ölkə qərargahı nümayəndələrinin ikinci görüşündən imtina etmək qərarıa gəlib. Tədbir sentyabrın 25-27 tarixlərində keçiriməli idi.

Bununla bərabər, Çin tərəf məhdudiyyət tədbirlərini təxirə salmadan ləğv etməyi yenidən ABŞ-dan tələb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar