Britaniya Ukraynada hərbi iştirakını artırmaq niyyətindəir - Müdafiə naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniya cari ilin sonuna qədər Ukraynada hərbi iştirakını artırmağa hazırlaşır. Bu barədə «The Telegraph» nəşri xəbər verib.

Uyğun bəyanatla Britaniyanın müdafiə naziri Qevin Uilyamson çıxış edib. O, həm də Qara dənizdə patrulun sayını artırmaq niyyəti barədə məlumat verib.

«Böyük Britaniya öz müttəfiqinə hərbi dəstəyi güclədirmək məqsədilə, bu il oraya krallığın hərbi donanmasını göndərəcək və 2019-cu ildə Qara dənizdə patrulun iştirakını artıracaq» - deyə, Uilyamson vəd edib.

«Biz, öyrətmək və dəstəkləmək üzrə səylərimizi krallıq donanmasının və dəniz piyadasının köməyi ilə genişləndirəcəyik.  Bu zaman ona diqqət yetirəcəyik ki, Ukrayna donanması və Ukraynanın silahlı qüvvələri artan təhlüəkələrə qarşı lazımi vərdişlər alsın və texniki imkanlar əldə etsin» - deyə, britaniyalı nazir əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar