“İrlandiya Fələstini dövlət kimi tanıya bilər” - Koveney

Dərc olunub: 23/09/2018 - 09:47

6af205e5e667c41eca72da8dcce37058Fələstin ilə İsrail arasında sülh danışıqlarının irəliləyəcəyi təqdirdə İrlandiya Fələstini dövlət kimi tanıya bilər. Axar.az xəbər verir ki, bunu İrlandiyanın xarici işlər naziri Simon Koveney deyib.

O qeyd edib ki, İrlandiya Fələstini dövlət kimi tanıyarsa, başqa Avropa ölkələri də bənzər addım ata biləcək.

Koveney ABŞ prezidenti Donald Trampın Fələstinə yardımları dayandırmasını xəta adlandırıb. O, ölkəsinin Fələstinə göstərdiyi 4,5 milyon avroluq yardımın 2,5 milyon avro artırılacağını bildirib.


loading...




Fikrinizi bildirin