“Məqsədimizə doğru addımlayırıq” - Soni Mustivar

“Çətin oyun oldu. “Zirə”nin yaxşı komanda olduğunu bilirdik. Ən əsası odur ki, üç xalı qazandıq. Nəticə bizim xeyirimizə olduğu üçün şadıq”. Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Soni Mustivar Topaz Premyer Liqasının 5-ci turunda “Zirə”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, bu mövsüm daha yaxşı futbol oynadıqlarını söyləyib: “Deməzdim ki, bu gün bizim ən zəif oyunumuz oldu. Hərdən olur ki, komanda yaxşı futbol sərgiləyir, ancaq nəticə qazana bilmir. Bu, hər komandanın başına gəlir. Bizim üçün əsas olan vurduğumuz qolların sayı deyil, qələbədir. Hazırda liderik və öz məqsədimizə doğru addımlayırıq. Ötən mövsümlə müqayisədə, klubda dəyişikliklər çoxdur. Siz də yəqin ki, bunu görürsünüz. Bizim yeni baş məşqçimiz, futbolçularımız var. Biz ötən mövsümlə müqayisədə, məncə, daha yaxşı oyun göstəririk”.

28 yaşlı futbolçu komanda yoldaşı Kvame Karikari haqda da danışıb: “Mən deməzdim ki, Karikari pis oyun sərgiləyir. O, sadəcə, formada deyil. “Qəbələ” və “Qarabağ”la oyunlarda özünü çox yaxşı göstərmişdi. Fikrimcə, komandamızda hər bir mövqedə iki eyni səviyyəli futbolçu var. Hər futbolçu da meydanda özünü göstərməyə hazırdır”.

S. Mustivar Azərbaycanda futbolun inkişaf etdiyini söyləyib: “Komandaya ötən mövsümün ortasından qoşulmuşam. Məni təəccübləndirən odur ki, Premyer Liqada hər bir komandada yaxşı futbolçular var və rəqiblər sona qədər mübarizə aparır. Ümumiyyətlə, deyərdim ki, Azərbaycan futbolu inkişaf edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar