«Sizi görəndə əhvalım yaxşılaşır» – Rusiyalı kosmonavt İvanka Trampa…

Dərc olunub: 23/09/2018 - 09:30

744196_1_safe_image_big«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, rusiyalı kosmonavt Oleq Artyomov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın qızı İvanka Trampa kompliment söyləyib.

Xəbər verilir ki, ABŞ Prezidentinin müşaviri postunu tutan İvanka Tramp Hyüstondakı Lindon Conson adına kosmik mərkəzdə olub. Bu səfər zamanı İvankanın beynəlxalq kosmik stansiyanın (BKS) ekipajı ilə ünsiyyət qurmaq imkanı yaranıb.

İvanka özü etiraf edib ki, həmişə kosmonavt olmaq və kosmosa uçmaq arzusunda olub.

Söhbətin sonunda söz demək sırası Oleq Artyomova çatıb və kosmonavt bu imkadan İvankaya kompliment söyləmək üçün istifadə edib.

«İvanka, mən hesab edirəm ki, siz çox mehriban və lütfkar insansınız. Sizi televizorda, xəbərlərdə görəndə mənim əhvalım yaxşılaşır» – kosmonavt söyləyib.

«Bu, sizin tərəfinizdən böyük lütfkarlıqdır, sağ olun!» – İvanka cavab verib.

ABŞ Prezidenti müşavirinin Lindon Conson adına kosmik mərkəzə səfərinin vdeoyazısı «You Tube»-da dərc olunub.


loading...




Fikrinizi bildirin