DOLLAR KREDİTİ OLANLARIN "KİTABI BAĞLANDI" -  Əhaliyə "canınız çıxsın, dollarla ödəyin..." deyirlər

Konstitusiya Məhkəməsinin fikrincə, əhali üçün devalvasiya gözlənilməz olmayıb!

Azərbaycanın ən böyük bəlalarından birinin mövcud məhkəmə-hüquq sistemi olduğu barədə min dəfələrlə deyilib və yazılıb.

Təəssüf ki, Konstitusiya Məhkəməsinin dollar kreditlərilə bağlı son qərarı da həmin fikri bir daha təsdiqləmiş oldu: "...Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz."

Bu o deməkdir ki, vətəndaş devalvasiyalardan əvvəl bankdan dollarla götürdüyü krediti devalvasiylaradan sonra da elə dolarla ödəməyə borcludur - vəssalam! Yəni ki, loru dildə desək, "dollarla götürmüsünüz, canınız çıxsın dollarla da ödəyin, nə olsun ki, 78 qəpikdən 1 manat 70 qəpiyə qədər bahalaşıb - bizə nə?".

Özü də izaha baxın - "manatın məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini nəzərə alaraq...". Bunlar heç olmasa, bu lənətə gəlmiş kreditlər ucbatından mal-mülkünü itirən, həyatı alt-üst olan, ailələri dağılan, baş götürb ölkədən qaçanların ah-naləsinə, intihar edənlərin isə ruhuna da hörmət qoymurlar.

Necə yəni "tərəflər üçün gözlənilən"? Deməli camaat manatın bir il ərzində 2 dəfə ucuzlaşacağını əvvəlcədən bilir və gözləyirmiş? Və bilə-bilə də krediti dollarla götürüb? Söz tapmaq olmur. Görünür bu hökmü çıxaranlar devalvasiya qərarının camaat tərəfindən verilmədiyinin fərqində deyillər...

Tərəflərdən biri - yəni banklar üçün devalvasiya gözlənilən ola bilərdi. Elə buna görə də manat krediti almaq istəyənlərə dollar krediti sırıyırdılar. Çox vaxt xəstəsinin əməliyyatına, övladının təhsilinə, yaxud hansısa başqa dərdinə dərman axtaran vətəndaş o borcun manat, yaxud dollarla verildiyinin fərqinə varmırdı. Ona görə də bank nə təklif edirdisə, onunla da razılaşmaq məcburiyətində qalırdı, hətta soyğunçu faizlər bir yana, bəzən "şapka" da ödəyirdi.

Ancaq o heç vaxt ağlına belə gətirməzdi ki, analoqsuz inkişafdan dəm vuran dövlət nə zamansa ona qarşı belə bir addım atar - bir gecənin içində kəskin devalvasiya qərarı verib, onsuz da əzab-zillətlə ödədiyi borcunu birə iki dəfə artırar. Ona görə də heç olmasa "gözlənilən" deyib, bu insanların hislərilə oynamaq ən azından insafsızlıqdır!

Dollar krediti problemi artıq üçüncü ildir davam edir. Əslində hələ birinci devalvasiyadan sonra hökumət tərəfindən zəruri addımlar atılmalı olduğu halda, bu edilmədi. İkinci devalvasiya isə vətəndaşın və bankın işini birdəfəlik bitirmiş oldu. Bu gün rəsmi rəqəmlərə görə, problemli kreditlərin payı 16 faizə çatır. Lakin beynəlxalq agentliklər və müstəqil ekspertlər bu rəqəmin hətta 30 faizi keçdiyini bildirirlər. Hansı ki, dünyada problemli kreditlərin həcminin 3 faizi keçməsi artıq olduqca təhlükəli durum hesab edilir. Nəticədə, Azərbaycanın bank sektoru demək olar ki, iflic vəziyyətinə düşüb - nə normal kredit verə, nə də ümumilikdə iqtisadiyyatda üzərinə düşən funksiyanı yerinə yetirə bilir.

Müstəqil iqtisadçıların hesablamalarına görə, ümumilikdə problemli kreditlər məsələsinin həlli üçün 5 milyard manatdan artıq vəsaitə ehtiyac var. Bunun tərkibindəki sırf dollar kreditlərinin payı isə daha azdır. Bir dəfəyə olmasa da, müəyyən dövr ərzində dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaitləri hesabına bu məsələni həll etmək, banklar və vətəndaşlar üçün normal kredit və ümumilikdə biznes mühiti yaradılmasına nail olmaq mümkündür.

Ancaq nədənsə, Beynəlxalq Bankdan məmurların və oliqarxların oğurladıqları on milyard manat kredit dövlət hesabına ödənilir. Özü də yenə həmin borclu əhalinin vergiləri və ona çatmalı olan təbii sərvətlər hesabına... Amma minlərlə vətəndaşın ömrünü qaraldan bu dollar kreditinin həllinə pul tapılmır. Bu gün Cahangir Hacıyevə qarşı yeni ittihamlar irəli sürülür, artıq söhbət daha 4 milyard dollar vəsaitin oğurlanmasından gedir. Bəs necə olur ki, milyardlarla dollrları C.Hacıyev və onun himayədarlarına peşkəş edən hökumət, bugün yetim-yesirin ayağında qalan borcların silinməsi bir tərəfə, heç olmasa azaldılmasına bir qəpik də pul qıymır?

Dollar kreditləri probleminin çözülməməsi digər tərəfdən də insanlarda hökumətə və bank sisteminə inamsızlıq yaratmaqdadır. Artıq çoxları üçün bankların hədələri, məhkəmə qərarları və s. əhəmiyyətsiz şeyə çevrilməyə başlayıb. Bir çox sahibkarlar və sıravi borclular özləri də bilmədən bir növ məsuliyyət hissini itirməkdədirlər. Bu isə cəmiyyət üçün təkcə hüquqi və iqtisadi yox, həm də mənəvi mühitin korlanması deməkdir. Hökumət və parlament təmsilçilərindən eşitdiyimiz isə eyni sözlərdir - "problem diqqət mərkəzindədir!". Bu diqqət nədən ibarətdir, onun nəticəsi nədir - görünür nəticə elə Konstitusiya Məhkəməsinin verdiyi bu son qərardır...

Müqayisə üçün deyək ki, Rusiyada, Qazaxıstanda, Moldovada, Ukraynada, Belarusda, Gürcüstanda, hətta Qırğızıstanda belə devalvasiyadan sonra dollar kreditləri ilə bağlı hökumətlər, parlamentlər qərarlar verib, vətəndaşların ziyana düşməməsi üçün güzəştlər həyata keçirilib. Bəs biz Qırğızıstan qədərmi də olmadıq?

Bir də insanların başına gətirilən bu oyundan sonra tez-tez vətəndaşın vətən və dövlət qarşısında borcundan danışırlar, deyirlər ki, vətəndaş dövlətinə sahib çıxmalıdır. Doğru deyirlər, hətta sahib çıxmağa borcludur! Bəs dövlət də çətinə düşən vətəndaşına sahib çıxmağa borclu deyilmi? Özü də məhz özünün yaratdığı problem ucbatından çətinə düşən vətəndaşın...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

o.b.n 2018-09-23 13:36:38

Cənab Konstitusya məhkəməsinin son qərarını çıxaranlar:Ölkəyə 60 mliyon ton neftin dolları gələndə tv-lər ölkədə iqtisadi inkişafın 36%-i keçdiyini (hansıki abş-da illik 1,3%-dir)deyəndə insanlar elə bildiki həmişə belə olacaq.Vətəndaşlar krediti $-la və manatla götürdü.Bang içiləri manatın öləcəyini bilərək savadsız insanların manatla aldığı halda dollar kursu ilə imzalatdı.Millət hardan bləydiki,sel kimi gələn pullar Sumqatıt yolunda,Zığ şosesində,Bayraq meydanında...göyə sovuralacaq və$qitlığı yaranacaq

Obyektiv 2018-09-23 13:36:38

Davud, obyektiv desek sizin fikirlerde heqiqet var.. Beli, medeni-menevi cehetler ve beynelxalq ictimaiyyetde muhum rol oynayir. Ancaq bizdeki bu "bank" ve yasham ehemiyyetli sistemler de chox agini chixardiblar axi.. Nece deyerler: "Qurunun oduna yash da, yanir".. Meselchun, birisi kapitalini artirmaq uchun pul krediti goturub ve ya mal-mulk alir, imkansizliqdan kredit goturenleri de sixma-bogmaya salrlar!.. Hansiki, bunun onsuz da veziyyeti chetindir gundelik, heftelik dolanishigini hech chatdira bilmir!

Obyektiv 2018-09-23 13:36:38

Bu bankfasonlar neche iLLerdi insanlari (elaltdan, elustden) acgozcesine istismar elemekle meshguldurlar! Odenishi (uzrlu sebebden) birazz gecikdirenlere ise, oz serfe shertlerile ("noqte" herflerle) yazdirdiqlari "muqavilen"i goze soxmaq movqeyine kechibler!.. Artiq insanda bele teessurat yaranir ki, bu "qurum" sanki cemiyyetin toxunulmaz bash idaresidir.. Urfan, duz deyirsen senin bu (lovga) sherhini oxuyanda aglamaq yox, adami aci gulmek tutur... ))

DAVUD 2018-09-23 13:36:38

dollarla kredit verilməsi tam qanunidir. kredit veriləndə pensiyaçıya kredit verən banklardan başqa bütün banklar vətəndaşa xəbərdarlıq edib. Avropada faizin aşagi olması xristian olmaları , yerə tüpürməməkləri, çaya zibil tullamamaqları və rüşvət təklif etməmələri ilə bağlıdır.Laqodexdən oyana getməyən adam Gürcüstandakı kreditdən danışır.

Abit 2018-09-23 13:36:38

Pul dollar alacaqlar verecekler

Orxan 2018-09-23 13:36:38

dollar emi sag olsun xalgin gemi cox olsun memurlar bol bol desin reis dayi kokelsin

Omar 2018-09-23 13:36:38

Urfan bilmek istersense,Konstutsiyada yazilib k7 Azerbaycan daxilinde butun işlemler manatla aparilmalidir .Bu demekdir ki, banklarin dollarla verdiyi kreditler etibarsizdi.Yeni caamata,torba,tikdiler. HEC KIM kefinden kredit götürmür.Kinstutsiya,Mehkemesi Konstutsiyaya zidd gerar verdi .Bu ancag Azerbaycanda analogsuz inkşafla olur.Minlerle insani manatla sifariş verdirib dollarla kredit verdiler.Ve Banklar %100 bilirdiler ki, dollar galxacak.Sebeb de caamati borc icinde bogub, özlerinden asli saxlamak.Borclu caamat hec vaxt haggini istemeye vaxti galmasin.Urfan get Bankanda caliş Sen bankda selem ye şiş .40-45%faizle illik hec bir dövletde faiz yoxdur.Serbiyaya illik %1faizle kredit veren senin hökümetin 300 mln evro öz milletine soyguncu faizleriverir.Bilirsen bu banklarbu pullari Avropa banklarindan nece faize,aliblar %3-5%illik.Sabunsuz girmek bezilerin artig peşesine cevrilib.

EJDER 2018-09-23 13:36:38

MEHKEME,HAQQ EDALET BOW BOW WEYLERDI.HAGSIZLIQ BAW ALIB GEDIR.BANKLAR BILEREKDEN MANATLA OLAN KREDITLERI ,DOLLARA CEVIRIRDILER...HARAM OLSUN ONLARA,SAQ YEMESINLER.ALLAH ONLARA LEHNET ELESIN

Veteran 2018-09-23 13:36:38

Belelikle en son instansiya, konstitusiya mehkemesi subuta yetirdi ki, hokumet istediyi vaxt oz vetendawina "ata" biler ve bu gunden sonra banklarda vetendawlarin istenilen "surpriz"le qarwilawmasi gozlenilendir!

Urfan 2018-09-23 13:36:38

Kredit goturende orada her sey yazilib!! Besti!Mugavileni oxuyun.Masin da,telefonda,menzil de alirsiz.Besti agladiz!

yusif-1313 2018-09-23 13:36:38

Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilməlidir.Cünkü ölkə Prezidenti və baş bankir rəsmi şəkildə manatin dollara nisbətinin dəyişilməyəcəyini bəyan etmişdilər.

Omar 2018-09-23 13:36:38

Ona göre ki,oralarin caamati haggini hökümüte yedirmez.Bizim kimi .... deyiller .Cixib nümayişe bunlarin başinaoyun acarlar.Sebeb de budur dubinkadan gorxan xalg hemişe ölür yüzdefe öıecek.

Yengibar 2018-09-23 13:36:38

Əvvəla, Azərbaycanda dollarla kredit verilməsi tam qanunsuzdur.Yeganə ödəniş vasitəsi manat olduğu halda, ölkə daxilində televizor alana dollar krediti verən bank birmənalı olaraq düz deyil.Bu məqam çox maraqlıdır ki, konstitusiya məhkəməsinin yadına düşməyib. Ən əsası isə...həmin bankların bir hissəsi də hakimlərə və ya onlara göstəriş verənlərə məxsusdur. Belə halda siz nə gözləyirdiniz?

Son yazılar