Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Dərc olunub: 23/09/2018 - 16:32

seckiGürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək.


loading...




Fikrinizi bildirin