Bakıda və Abşeronda leysan xarekterli yağışın davam edəcəyi ehtimalı var

Dərc olunub: 23/09/2018 - 16:44

6d0218fb-a157-44ec-afb9-599ea9a82bbd_292 Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarekterli olacağı, həmçinin şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gündüz 22-24°, axşam 20° isti olacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumatda deyilir.
Bu gün ölkənin rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.








loading...


Fikrinizi bildirin