Bakı bulvarında kişi meyiti tapıldı

Bakı bulvarında kişi meyiti tapılıb. Virualaz.org bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər yayıb.

Bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dünən Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar