Trampın aqressivliyi Türkiyə və Avropa Birliyini yaxınlaşdırmağa başlayıb

Türkiyə ilə Almaniya və Hollandiya arasında təxminən bir ildir ki, davam edən diplomatik gərginlik bu həftədən etibarən yoluna düşməyə başlayıb. Musavat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 sentyabrda Berlinə edəcəyi səfərin iki ölkə arasındakı münasibətlərin yumşalmasına səbəb olacağı gözlənilir.

2017-ci ilin mart ayından bu yana Hollandiya ilə gərgin olan münasibətlərin də səfir Şaban Dişlinin gələn həftədən etibarən öz fəaliyyətini bərpa etməsindən sonra yumşalacağına ümidlər artıb.

Almaniya və Hollandiyanın Türkiyənin hökümət üzvlərinə siyasi təbliğat icazəsi verməməsindən sonra başlayan gərginlik Ərdoğanın hər iki ölkəni “SS artığı” adlandırmasından və “faşizm”də ittiham etməsindən sonra daha da dərinləşmişdi.

Türkiyənin aralarında jurnatistlərin də olduğu bir qrup alman vətəndaşını həbs etdirməsindən sonra isə Almaniya-Türkiyə münasibətləri minimum səviyyəyə enmişdi.

Hollandiya isə öz növbəsində Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Qayanı istənilməyən şəxslərin sırasına daxil edərək, Hollandiyadan ekstradisiyasını həyata keçirmişdi. Bu hadisədən sonra rəsmi Ankara Hollandiyadan üzr istəməsini tələb etmişdi.

Hollandiya tərəfinin üzr istəməkdən imtina etməsindən sonra hər iki ölkənin xarici işlər nazirləri ölkələr arasındakı vəziyyəti stabilləşdirməyə çalışırdılar.

Bəs, Hollandiyanın üzr istəməməsinə baxmayaraq, Ərdoğan niyə hələ də Hollandiya və Almaniya ilə yaxınlaşmağa ehtiyac duyur?

Hollandiyada yayımlanan Nu.nl xəbər portalı bu suala cavab tapmağa çalışıb. Belə ki, “Leiden” Universitetinin Türkologiya fakultəsinin professoru Petra de Bruijna bildirir ki, Türkiyə ilə Hollandiya və Almaniya arasındakı soyuqluq uzun müddət davam edə bilməz. Çünki hər üç dövlətin bir-biri ilə qarşılıqlı iş birlikləri mövcuddur.

De Bruijnin fikrincə, Hollandiya və Tükiyə mövcud problemi bir müddət zamanın ixtiyarına buraxaraq, aralarındakı gərginliyi nisbətən soyutmağa nail olublar: “Beynəlxalq siyəsət belədir. Zaman keçdi və problemlər unuduldu. Hər iki tərəf də qürurunu tapdalamadan, münasibətləri yenidən bərpa edə bilər”.

Hər üç ölkə arasında siyasi platformada gərgin münasibətlər olsa da, iqtisadi baxımdan əlaqələr kəsilmədi.

123.jpg (42 KB)

“Trampla olan gərginlik Türkiyəni AB ilə birləşdirdi”

Türkiyəli jurnalist Sinan Can ABŞ prezidenti Donald Trampın “rahib problemi”ndən sonra rəsmi Ankarının Avropa Birliyinə tərəf meylləndiyini bildirib. Onun fikrincə, Türkiyə lirəsinin dollara nisbətən sürətlə enişi Ərdoğanı Avropa Birliyinə meyil etməyə bir növ məcbur etdi.

Sinan Can qarşılıqlı münasibətlərin yumşaldılmasında qaçqın probleminin də çox güclü rolunun olduğunu vurğulayıb: “İdlibdən, Suriyadan və digər Şərq ölkələrindən hər il Avropa ölkələrinə doğru sürətli köç davam edir. Lakin Türkiyənin bu məsələni ələ alması, qaçqınların Türkiyəyə cəlb olunması Avropa ölkələrini də Türkiyəyə qarşı daha yumşaq siyasət yürütməyə  məcbur edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar