Ruhani İrandakı teraktda ABŞ izi haqda: "Peşman olacaqlar"

ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərir.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

"ABŞ Körfəz ölkələrini bu cinayətləri törətmək üçün resursla təmin edir. İran bu cinayətlərə hüquqi və beynəlxalq mənfəətləri çərçivəsində cavab verəcək. ABŞ gücə sahib olanın dünyada cəzasız qalacağına inanaraq hərəkət edir. Onlar İranda etimadsızlıq mühiti yaratmaq istəsələr də buna nail ola bilmədilər. İran sanksiyaların öhdəsindən gələcək. ABŞ təcavüzkarlığına görə peşman olacaq", - Ruhani bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar