“BU QANSIZLIQ, BU PAXILLIQLA HARA GEDƏCƏKSİNİZ?” – Yıldırım Rüstəmxanlının "Vətən" şeirini deyib, amma...

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Bakıda keçirilən iclasda çıxışı zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının "Vətən” şeirini deyib.

BakuPost xəbər verir ki, o, şeiri səsləndirməzdən əvvəl məllifin adını ehtiramla qeyd edib.

B.Yıldırımın Milli Məclisdəki çıxışının tam mətni rəsmi KİV-də yayımlansa da, S. Rüstəmxanlının şeiri mətndən çıxarılıb. Ümumiyyətlə onun Xalq şairinin şeirini səsləndirməsinə dair heç bir məlumat verilməyib.

Məsələyə münasibət bildirən S.Rüstəmxanlı rəsmi KİV-lərin bu mövqeyindən təəssüfləndiyini bildirib:

"Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi başqanı sayın Binəli Yıldırım Azərbaycan Parlamentinin 100 illik yubiley tədbirində çıxışında mənim "Vətən” şerimdən bir parça söyləyib. Sağ olsun. Ürəkdən təşəkkür edirəm. Söz yox, bu tək mənə yox, bütövlükdə Azərbaycan-türk sözünə, ədəbiyyatımıza sayqının, diqqətin bir nümunəsidir və mətbuatımızın, söz adamlarının, Türkiyə-Azərbaycan qan və ruh birliyinə dəyər verən insanların diqqətindən yayınmamalıydı. Həm də şeirim o məclisdə səslənir ki, orda mən 25 il millət vəkili olmuşam... Maraq üçün açdım rəsmi qəzetləri, bizim rəsmi xəbər agentliklərinin məlumatlarını oxudum və heyrətə gəldim. Sanki qardaş dediyimiz Türkiyənin məclis başqanı bu ölkənin şairindən misal gətirməyib, gərəksiz bir söz deyib və bunu qulaq ardına vurub keçmək lazımdır. Yəqin imkanları olsa Binəli Yıldırım danışarkən mikrofonları söndürərdilər ki, adımızı eşidən olmasın... Bu qansızlıqla, bu paxıllıqla hara gedəcəksiniz, nəyə nail olacaqsınız, cənablar? Rəsmi mətbuat, milli informasiya agentliyi adına neçə yaraşdırırsınız bu kar-kor münasibətini? Şükür, sözümüz çoxdan sizin təsir imkanlarınızdan kənardadır...”

Qeyd edək ki, MM-in bu xüsusi iclasına yalnız rəsmi KİV-lər buraxılıb.

Sözügedən şeiri S.Rüstəmxanlının öz səsi ilə təqdim edirik:

635x100

Şərhlər

EJDER 2018-09-23 19:30:11

LAZIMDAN GABAQ ZAMAN GELER,BU INKIWAF ETMIW MILLI MECLIS DUZELER

Cfvid Abasov 2018-09-23 19:30:11

Vay-Vay! Bu məsələ heç bir şeyə…… sığmır, Buna nə ad verəsən? Əsla belədir - şərəfsizliyə və mənəviyyətsizliyə nə ad vermək olar? Hesab edirəm ki, bunun cavabı belədir: milli hissiyyət və qüruru daxilə qəbu edə bilmirsənsə, onda cəmiyyətdə özünü yox kimi hiss et.

Yengibar 2018-09-23 19:30:11

Öz tökdüklərindir, Sabir bəy, indi yığırsan. ...

t.ədalət 2018-09-23 19:30:11

Vətənimizi,elimizi yaralayan,təkcə düşmənlərimiz deyil,həm də nəfsinə,mükafatlara və şöhrətə görə hər cür xəyanətə gedənlərdir....Zaman gələcək milli satqınların da sirri açılacaq.Heç nə üstü örtülü qalmır..

Arif 2018-09-23 19:30:11

Bu mətbuatKİV-Ermənilərə xidmət edib ! Şair duz deyir bu paxıllıqla hara gedirik ???

Son yazılar